2012-10-15
Xarici İşlər Naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər Naziri Erlan Abdildayev ilə görüşmüşdür

Cari ilin 15 oktyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Xarici İşlər Naziri Erlan Abdildayev ilə görüşmüşdür. Xarici İşlər Naziri Elmar Məmmədyarov qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirmiş və Azərbaycan və Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini qeyd etmişdir. Nazir həmçinin ölkələrimiz arasında əlaqələrin genişlənməsində yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulamışdır. 

 
Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdildayev ölkəmizə səfər etməkdən məmnun olduğunu qeyd etmiş və Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısının yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirmişdir.O, ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu və ölkələrimiz arasında həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.
 
Görüş zamanı nazirlər İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.  
 
 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər