2012-10-12
Nazir Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfiri Arturas Jurauskası qəbul etmişdir
Cari ilin 12 oktyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Litva Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Arturas Jurauskası qəbul etmişdir. 
 
Nazir Litvanın yeni səfirini ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik etmiş və onun fəaliyyətinin Azərbaycan ilə Litva arasındakı münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini vurğulamışdır. 
 

Litva Respublikasının səfiri Arturas Jurauskas öz növbəsində Azərbycana səfir təyin olunmasından məmnun olduğunu bildirmişdir. O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirmişdir.  

növbəti xəbər əvvəlki xəbər