2012-10-05
Nazir Elmar Məmmədyarov Küveyt Xəbərlər Agentliyinin baş direktorunu qəbul etmişdir
Cari ilin 5 oktyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Küveyt Xəbərlər Agentliyinin baş direktoru və idarə heyətinin sədri Şeyx Mübarək Əl-Dueyc Əl-İbrahim Əl-Sabahı qəbul etmişdir.
 
Qonağı salamlayan Nazir Elmar Məmmədyarov Azərbaycan və Küveyt arasında ikitərəfli münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirmiş və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, o cümlədən iki ölkənin media qurumları arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətini qeyd etmişdir. 
 
Küveyt Xəbərlər Agentliynin baş direktoru Azərbaycana səfər etməyindən məmnun olduğunu və səfər çərçivəsində 2-ci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini bildirmişdir. Forumun yüksək səviyyədə təşkil edildiyini və aktual humanitar məsələlərin müzakirəsi və dialoq mühitinin formalaşdırılması üçün müstəsna əhəmiyyətini vurğulamışdır. 
 

Görüş zamanı həmçinin müasir dövrdə kütləvi informasiya vasitələrinin rolu ətrafında fikir mübadiləsi aparılmışdır.  

növbəti xəbər əvvəlki xəbər