2012-09-29
Nazir Elmar Məmmədyarov İsrailin Xarici İşlər Naziri Aviqdor Liberman ilə görüşmüşdür.
Cari ilin 28 sentybar tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində İsrailin Xarici İşlər Naziri Aviqdor Liberman ilə görüşmüşdür. 
 

Görüşdə Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin təşkil edilməsinin əhəmiyyəti vurğulanmışdır.  

növbəti xəbər əvvəlki xəbər