Azərbaycan və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)

Azərbaycan 1992-ci ilin 25 iyun tarixindən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təsisçi üzvüdür.

Azərbaycan Respublikası QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasıya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir.

Hazırda Azərbaycan QDİƏT çərçivəsində iki işçi qrupda (Gömrük məsələləri və Elm və Texnologiyalar üzrə işçi qrupları) əlaqələndirici ölkə funksiyalarını yerinə yetirir.

Azərbaycan tərəfi QDİƏT-in əlaqədar təşkilatlarında (related bodies) fəal iştirak edir və Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) İdarəetmə və Direktorlar şuralarında təmsil olunur. QDİƏT-in digər əlaqədar təşkilatı olan Parlament Assambleyasının (PABSEC) hazırkı Baş Katibi (1 yanvar 2015-ci ildən etibarən) Azərbaycan nümayəndəsidir.