Azərbaycan Respublikası vətəndaşları üçün Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə giriş qaydaları

Hal-hazırda Ukrayna hakimiyyət orqanlarının Ukraynanın Krım Muxtar Respublikası ərazisində öz funksiyalarını yerinə yetirə bilməməsi ilə əlaqədar olaraq, Ukrayna Hökuməti xarici ölkə vətəndaşlarına Krıma səfər etməməyi israrla tövsiyə edir.

Nəzərə alınmalıdır ki, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə girişi Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xüsusi icazə olduğu halda yalnız Ukraynanın müvafiq nəzarət buraxılış məntəqələrindən mümkündür. Xüsusi icazənin tərtibi şərtləri və nəzarət buraxılış məntəqələrinin siyahısı Ukrayna Nazirlər Kabinetinin 4 iyun 2015-ci il tarixli, 367 saylı qərarı ilə təsdiq edilmiş “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə giriş və oradan çıxış Qaydaları”nda müəyyən edilmişdir. Sözügedən qaydalar ilə http://zakon.rada.gov.ua/laws/show/367-2015-%D0%BF internet ünvanından tanış olmaq mümkündür.

Bildirmək istərdik ki, Ukraynanın rəsmi orqanları tərəfindən qabaqcadan verilmiş icazə olmadan Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə giriş və oradan çıxış qaydalarını pozan şəxslər Ukraynanın qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunacaqlar.