Suriya Ərəb Respublikasına səfər etmək istəyən Azərbaycan vətəndaşlarının diqqətinə
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarına Suriyadakı mövcud siyasi-ictimai vəziyyəti nəzərə alaraq Suriyaya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına vacib olmadıqda səfərlərini təxirə salmalarını tövsiyə edir.
 
Suriyada daimi yaşayan və müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının iğtişaşlara qarışmamaları, ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Suriyadakı Səfirliyinə müraciət etmələri tövsiyə olunur.
 
Bildiririk ki, Suriyada mövcud ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq, Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı səfirliyi müvəqqəti olaraq Livan Respublikasının Beyrut şəhərinə köçürülmüşdür.
 
Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi köməklik göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
 
 
Ünvan: Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyi
Lebanon- Beyrut, Antilyas (Rabiya, Aukar)
TEL: (961) 492 68 76, (961) 769 474 62
FAKS: (961) 4926876
E-MAIL: azembassy_lebanon@mail.az