Azərbaycan və TÜRKPA

Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Türkiyə Respublikası parlamentləri başçıları ilə imzalanan Razılaşmaya müvafiq olaraq, 2008-ci il noyabr ayının 21-də İstanbulda təsis olunmuşdur.

Katibliyin daimi yerləşməsinə dair TÜRKPA Tənzimləmələri, Katibliyin Bəyanat və Maddələri 2009-cu il sentyabr ayının 29-da TÜRKPA-nın 1-ci plenar sessiyasında qəbul edildi. 

TÜRKPA-ya rəhbərlik hər il  ingilis əlifbası sırası ilə  bir ölkədən rotasiya vasitəsilə başqasına keçir. Hal-hazırda cənab Cəmil Çiçək (Türkiyə Respublikası) TÜRKPA-nın sədridir.
 
TÜRKPA Katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşir və beynəlxalq təşkilat statusuna malikdir. Hazırkı TÜRKPA-nın Baş Katibi cənab Jandos Asanovdur.  
 
TÜRKPA-nın 1-ci Plenar Sessiyası Bakıda, 29 sentyabr 2009-cu il tarixində keçirilmişdir. 
2-ci Plenar Sessiya Astana-da, 27-28 aprel 2011-ci il tarixində keçirilmişdir.
3-cü Plenar Sessiya 14-15 iyun, 2012-ci il tarixində Bişkekdə keçirilmişdir.
4-cü Plenar Sessiya 11 iyun, 2013-cü il tarixində Ankarada keçirilmişdir.
 
Azərbaycan - TÜRKPA əlaqələri
 
2009-cu il  sentyabrın 29-da TÜRKPA-nın 1-ci Plenar Sessiyası Bakıda keçirildi. Yığıncağın Tənzimləmələri, Katibliyin Nizamnaməsi və təşkilatın illik büdcəsi qəbul edildi, sessiyada Baş Katibin və onun müavinlərinin seçkisi həyata keçirildi. 
 
Müştərək razılaşma əsasında cənab Ramil Həsənov təşkilatın Baş Katibi mövqeyinə seçildi, Qazaxıstan Respublikasının nümayəndəsi cənab Mels Semqaliyev, Qırğızıstan Respublikasının nümayəndəsi cənab Avazbek Ataxanov və Türkiyə Respublikasının  nümayəndəsi cənab Kurşad Melih Sarıarslan Baş Katibin müavinləri seçildi. TÜRKPA-nın Bakı Bəyannaməsi görüşün sonunda qəbul edildi.
 
2010-cu il  martın 30-da  Azərbaycan  Respublikası Hökuməti və Türk dilləri danışan Ölkələrin parlament Yığıncağının Katibliyi arasında Qərargah Razılaşması imzalandı. Bu razılaşmada, növbəti əsas prinsiplər Katibliyin status və hüququ, immunitet və imtiyazları, əmək fəaliyyəti, kommunikasiya, Katibliyin bayraq, emblem və  nişanı, identifikasiya, münaqişələrin tənzimlənməsi bəyan edilir.
 
2010-cu il aprelin 20-də Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Hökuməti və Türk dilləri danışan Ölkələrin parlament Yığıncağının Katibliyi arasında "Təşkilatçı Ölkə Razılaşmasını qəbul etdi və müvafiq qanun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandı. 
 
2010-cu il mayın 24-də Azərbaycan Respublikasının Milli Məclisində TÜRKPA-nın ofisi açıldı.
 
TÜRKPA-da Azərbaycan Respublikasının milli nümayəndə heyəti:
 
1. Oqtay  Əsədov- Azərbaycan Respublikasının Milli Məclisinin (Parlament) sədri
2. Əhliman Əmiraslanov
3. Çingiz Qənizadə
4. İqbal Ağazadə
5.İlham Əliyev
6. Nizami Cəfərov
7. Sədaqət Vəliyeva
8. Sevinc Hüseynova
9. Ülvi Quliyev