Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına Nigeriyada mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir, 11 avqust 2009-cu il.
SƏYAHƏT XƏBƏRDARLIĞI
Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin
Konsulluq İdarəsi
Ş.Qurbanov küç. 4

NİGERİYA

11 avqust 2009-cu il
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına Nigeriya Federativ Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir.
 
Nigeriyada təhlükəsizliklə bağlı ümumi vəziyyət qeyri-sabit olaraq qalır. İyun ayın 26-dan indiyədək Nigeriyanın Bauçi ştatında və bu ştatın inzibati paytaxtı Maydiquridə ”Boko haram” dini qruplaşması və hökumət qüvvələri arasında hərbi toqquşmalar davam edir. Döyüşlər Kano, Yobe, Katsina və Borno ştatlarının ərazilərinə də yayılıb. Döyüşlər nəticəsində 850-ə qədər insan həyatını itirmişdir. Hal-hazırda Mayduquri şəhərində komendant saatı rejimi tətbiq olunur.
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Nigeriya ərazisində olan və Niger çayının deltası boyunca yerləşən Bayelsa, Delta və Rivers (bu ştatın Port Harcourt  şəhərinə) ştatlarına getməməyi tövsiyə edir. Bu regionda mövcud olan silahlı qruplaşmalar və Nigeriya Federativ Respublikasının Birləşmiş qüvvələri arasında iğtişaşlar davam edir. 2008-ci ilin yanvar ayından bu regionda 54 xarici vətəndaşın oğurlanması faktı qeydə alınıb. 2009-cu ilin may ayından indiyədək Nigeriya Federativ Respublikasının Birləşmiş qüvvələri Niger çayının deltası boyunca hərbi əməliyyatlara başlayıb.
 
Nigeriya Federativ Respublikasının iri şəhərlərinə (Lagos, Kano) və Abia, Edo, Anambra, Akva Ibom ştatlarına  səyahət edən Azərbaycan Respublikası vətəndaşları insan oğurluğu, soyğunçuluq, silahlı basqın, dələduzluq və cibgirlik kimi cinayətlərlə qarşılaşmaq riski daşıyırlar.
 
Nigeriyada su və qida vasitəsi ilə yayılan hepatit, qızılca, vərəm, QİÇS, malyariya və  poliomielit kimi infeksion xəstəliklər geniş yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Nigeriyada donuz qripinə yoluxma halları baş verməsə də, ümumi regionda donuz qripi ilə əlaqədar təsdiqlənmiş faktlar mövcuddur.
 
Bunları nəzərə alaraq Nigeriyaya səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar.
 
Nigeriyada daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarının hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
 
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir.
 
Ünvan:
 
Azərbaycan Respublikasının Mərakeşdəki  Səfirliyi
 
Agdal-Rabat, Abu Hanifa küçəsi 3
tel: +212 (37)671915; +212 (37)671922; +212 (37)672073
faks: +212 (37)671918; +212 (37)672073
e-mail: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır  
veb: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
 
Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 4, AZ 1009
Tel:  +994 (12) 596 90 00        
Faks: +994 (12) 596 90 01  
e-mail: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi
 
Konsulluq hüquq məsələləri şöbəsi: +994 (50) 760 06 64        
Pasport-viza şöbəsi: +994 (50) 760 06 65        
Viza informasiya şöbəsi: +994 (50) 760 06 63
 

Diqqət: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır. Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə təhlükəsindən kənar deyil.