Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına Somalidə mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir, 16 avqust 2009-cu il.
SƏYAHƏT XƏBƏRDARLIĞI
Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin
Konsulluq İdarəsi
Ş.Qurbanov küç. 4

SOMALİ
 
16 avqust, 2009-cu il
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına Somali Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir.
 
Hal-hazırda Somali ərazisində qeyri-stabillik davam edir. Ölkənin paytaxtı Moqadişo şəhərində qida qiymətlərin qalxması ilə əlaqədar olaraq etiraz aksiyaları və hərbi toqquşmalar davam edir. Somali hökuməti ölkə ərazisində təhlükəsizliyi təmin etmək iqtidarında deyil.
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Somaliyə səyahət etmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarına tanınmamış Somaliland və  Somalinin şimalında yerləşən Puntland inzibati regiona getməməyi tövsiyə edir.
 
Somalidə yerli qruplaşmalar və qəbilələr arasında hərbi toqquşmalar davam edir. Bundan başqa ölkədə qəsdən adamöldürmə, insan oğurluğu, soyğunçuluq kimi cinayətlər geniş yayılıb.
 
Hal-hazırda Somali ərazisində terror təhlükəsi mövcuddur. 2009-cu ilin may ayından Moqadişo terrorçuların hücumlarına məruz qalır. 30-a yaxın rəsmi dövlət nümayəndəsi belə hücumlar nəticəsində öldürülmüşdür. İyun ayın 18-də Somalinin Təhlükəsizlik Naziri  terror partlayışı nəticəsində həyatını itirmişdir.
 
Somalinin beynəlxalq və daxili sularında dəniz quldurluğu ən böyük problem olaraq qalır. Beynəlxalq Dəniz Bürosunun dəniz quldurlarının hücumlarının monitorinq Mərkəzinin məlumatlarına görə, 2009-cu ilin əvvəlindən indiyədək dəniz quldurları tərəfindən Ədən körfəzində gəmilərə qarşı 114 hücum təşkil olunub və bu hücumların 29-u gəmilərin zəbt olunması ilə nəticələnib. Mərkəzin məlumatlarına əsasən Somali dəniz quldurları 17 gəmini və 300-ə qədər dənizçini girov saxlayıb. Bundan başqa 2009-cu ilin avqust ayının əvvəlində dəniz quldurlarının yaşadığı portda, Xaraderedə iki qəbilə arasında hərbi toqquşmalar baş vermişdir.
 
Somalidə difterit, tetanus, vərəm, QİÇS və  poliomielit kimi infeksion xəstəliklər geniş yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən Somalidə donuz qripinə yoluxma halları baş verməsə də, ümumi regionda donuz qripi ilə əlaqədar təsdiqlənmiş faktlar mövcuddur.
 
Bunları nəzərə alaraq Somaliyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar.
 
Somalidə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarının hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Misirdəki Səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
 
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir.
 
Ünvan:
 
Azərbaycan Respublikasının Misirdəki Səfirliyi
 
Qahirə, Maadi Sarayat, küç.10, Villa 16/24
tel: + 20223583790; + 20223583761
faks: + 20223583725
e-mail: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
 
Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 4, AZ 1009
Tel:  +994 (12) 596 90 00        
Faks: +994 (12) 596 90 01  
e-mail: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi
 
Konsulluq hüquq məsələləri şöbəsi: +994 (50) 760 06 64        
Pasport-viza şöbəsi: +994 (50) 760 06 65        
Viza informasiya şöbəsi: +994 (50) 760 06 63 
 

Diqqət: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır. Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə təhlükəsindən kənar deyil.