Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına Əfqanıstan İslam Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir, 7 sentyabr 2009-cu il.

SƏYAHƏT XƏBƏRDARLIĞI

Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin
Konsulluq İdarəsi
Ş.Qurbanov küç. 4

Əfqanıstan
 
 
7 sentyabr 2009-cu il
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına Əfqanıstan İslam Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir.
 
Hal-hazırda Əfqanıstan ərazisində terrorizm və dini qruplaşmalar arasında toqquşmalar mövcuddur. Bu da ölkə ərazisinə gedən və orada olan xarici ölkə vətəndaşları üçün olduqca təhlükəlidir. Mehmanxanalar, hökumət binaları, eləcə də, Əfqanıstana və beynəlxalq institutlara məxsus bir çox binalar potensial hədəflər arasındadır və bu obyektlərin heç biri hücum riskindən sığortalanmayıb.
 
Əfqanıstanın paytaxtı Kabulda yerləşən aeroporta və xarici pilot heyətinə qarşı hücumlar olmuşdur. Bu hücumlar  zamanı intihar bombalarından, raketlərdən, partlayıcı vasitələrdən və mina tələlərdən istifadə edilmişdir. Aeroporta gedən və onun ətrafında yerləşən yollar da olduqca təhlükəlidir.
 
Quru yolu ilə Kabul ətrafında yerləşən ərazilərə səyahətlər xüsusilə təhlükə doğurur və bu ərazilərə səyahətlər Əfqan hökuməti tərəfindən qadağan edilmişdir. Bu ərazilərə yalnız silahlı qüvvələrin müşayiəti ilə getməyə icazə verilir. Kabul-Qəndəhar və Kabul-Torkam magistral yollarında çoxlu insidentlər baş vermişdir. Burada hücumları təşkil etmək üçün saxta nəzarət buraxılış məntəqələri yaradılmışdır. Ölkə ərazisində çoxlu sayda minalar basdırılmışdır. Buna görə də heç bir ərazi təhlükəsiz hesab edilmir.
 
Əfqanıstan ərazisində həmçinin, qaçırılma və girov götürülmə riski də mövcuddur. Bir çox jurnalistlər və QHT işçiləri oğurlanmış və ya girov götürülmüş, bəzi hallarda isə öldürülmüşdür. Xaricilərə qarşı silahlı quldurluq halları da istisna edilmir.
 
Azərbaycan Respublikası vətəndaşlarından Əfqanıstanın aşağıdakı ərazilərinə səyahət edərkən ehtiyatlı olmaları tövsiyə olunur:
 
Kabul - xüsusilə də, Kabul vilayətinin Sarobi Pagman, Musayhi and Çahar Asyab qəsəbələri;
 
Şimali Əfqanıstan -  xüsusilə də, Bədəxşan, Bağlan, Bəlx, Fəryab, Cavcan, Səmənqan, Sari Pul, Tahar şəhərləri;
 
 
Şərqi Əfqanıstan - xüsusilə də, Qəzni, Kapisa Kost, Kunar, Lağman, Loqar, Nanqarhar, Nuristan, Paktika, Vardak, Paktya, Bamiyan, Pərvan, Pəncşir şəhərləri;
 
Cənubi Əfqanıstan - xüsusilə də,  Helmand, Qəndəhar, Nimruz, Uruzqan, Zabul şəhərləri;
 
Qərbi Əfqanıstan - xüsusilə də, Badğiş, Fərəh Dai Kundi, Qor və Herat vilayətinin Şindand və Qozarah qəsəbələri.
 
Bunları nəzərə alaraq Əfqanıstana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar.
 
Əfqanıstanda daimi və müvəqqəti yaşayan, olan Azərbaycan Respublikasının vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün İslamabad şəhərində yerləşən Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
 
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
 
Ünvanlar:
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
 
Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 4, AZ 1009
Tel: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01 
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi
 
Konsulluq hüquq məsələləri şöbəsi: +994 (50) 760 06 64
Pasport-viza şöbəsi: +994 (50) 760 06 65
Viza informasiya şöbəsi: +994 (50) 760 06 63
 
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi
 
House No.14, St. 84, G-6/3, İslamabad 
tel: +92 (51) 282 93 45, +92 (51) 282 34 55 
faks: +92 (51) 282 08 98
e-poçt: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır  
veb-sayt:www.azembassy.com.pk
 
Diqqət: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşların səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır. Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə riskindən kənar deyil.