Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına Misirdə mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir, 29 yanvar 2011-ci il.
SƏYAHƏT XƏBƏRDARLIĞI
Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi
Konsulluq İdarəsi 
Ş.Qurbanov küç. 4 
 
Misir Ərəb Respublikası
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarına Misir Ərəb Respublikasında baş verən son hadisələrlə bağlı xəbərdarlıq edir. 
 
Yanvar ayının sonlarından başlayaraq Misir Ərəb Respublikasında hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşlar başlamışdır. Kütləvi iğtişaşlar nəticəsində çoxlu sayda insan həlak olmuş və yaralanmışdır. Misir Ərəb Respublikasının hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmişdir. Belə ki, saat 16:00-dan 08:00-dək ölkədə küçəyə çıxmağa məhdudiyyətlər qoyulmuşdur.
 
Bunları nəzərə alaraq Misir Ərəb Respublikasına səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına yuxarıda qeyd edilən məsələləri nəzərə almaları və ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Xüsusilə Qahirə, Asuan və Luksor şəhərlərinə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır. Misir Ərəb Respublikasında daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları və yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinə müraciət etmələri tövsiyə olunur.
 
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur. 
Ünvan:
 
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi
Ünvan: Qahirə şəhəri, 11431 Maadi Sarayat, 10-cu küçə, Villa 16/24 
Tel: (202) 2358-37-90/83/61
Fax: (202) 3583725 
E-mail: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır , Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 
Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 4, AZ 1009
Tel: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01 

e-mail: Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır