Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının vətəndaşlarına Yəməndə mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edir, 22 fevral 2011-ci il.
SƏYAHƏT XƏBƏRDARLIĞI

Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyi
Konsulluq İdarəsi 
Ş.Qurbanov küç. 4

YƏMƏN
 
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarına Yəməndə baş verən son hadisələrlə bağlı xəbərdarlıq edir.
Fevral ayından başlayaraq Yəmənin paytaxt Səna və Ədən şəhərlərində hökumət əleyhinə nümayişlər və polislə nümayişçilər arasında iğtişaşlar başlamışdır. İğtişaşlar nəticəsində yaralananlar, çoxlu sayda həbs olunanlar və öldürülənlər olmuşdur.
 
Təhlükəsizlik baxımından Səna, Ədən, Saada, Dhamar, Marib Şabvah, Amran, Abyan və Cavf bölgələrinə səyahətlərin təxirə salınması tövsiyə olunur.
 
Yəmən ərazisində Beynəlxalq Sürücülük Vəsiqəsi əsasında avtomobil idarə etmək mümkündür. Ölkə ərazisində sürücülük standartları aşağıdır, dağ yolları isə olduqca təhlükəli və risklidir. Gecə vaxtı əsas şəhərlərdən kənara maşın sürmək məsləhət görülmür.
 
Əgər paytaxt Sənadan kənar ərazilərə maşınla səyahət etmək istəyirsinizsə, sizə Yəmən Turist Polisindən ilkin icazə lazımdır. Səyahət icazəsi 24 saat ərzində verilir və onu səyahət agentliyindən asanlıqla əldə edə bilərsiniz. Belə icazə olmadan səyahət sizin həbs olunmağınız və ya deportasiya olunmağınızla nəticələnə bilər.
 
Ədən körfəzi və Hind okeanında müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilmədən üzən gəmilər üçün piratlıq ciddi bir təhlükədir.
 
Bunları nəzərə alaraq Yəmənə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Yəməndə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikası vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları və yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinə və Səfirliyin Ciddə şəhərindəki Ofisinə müraciət etmələri tövsiyə olunur.
 
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
 
Ünvan:
 
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi
Ünvan: Al Worood Quarter, Amir Feysal bin Saud Abdurahman 59, 94005, Er Riad 
Tel: + 9661 419 23 82
Faks: + 9661 419 22 60
E-mail:Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır
Veb-sayt: www.azembassy.org.sa
 
 
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinin Ciddə şəhərindəki Ofisi
Ünvan: Əl-Horma D-1 dst., İskanderriya str. 2474, apt. 10 
Tel/Faks: + 96026 644 41 93
 
 
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 4, AZ 1009
Tel: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01  
e-mail:Bu e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır