Hafiz Mir Cəlal oğlu PAŞAYEV
1941 - mayın 2-də Bakı şəhərində anadan olmuşdur
1963 - Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir
1964 - 1967 - Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır
1971 - Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir
1971 - 1992 - Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur
1984-Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür
1975 - 1976 - İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir
1993 - 2006 - Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli Səfiri
2006 - avqustun 14-də Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – AR XİN-in Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.100-dən artıq elmi əsərlər,iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir.
Xarici dillər - İngilis, rus
Ailə vəziyyəti - Evlidir, iki övladı, dörd nəvəsi var
|