Azərbaycan Respublikasının hava məkanından və hava limanlarından istifadə üçün diplomatik icazələrin alınması qaydaları.

Azərbaycan Respublikasının hava məkanından və hava limanlarından istifadə üçün diplomatik icazələrin alınması qaydaları.

 a. Xarici dövlətlərə məxsus mülki və hərbi hava gəmilərinin Azərbaycan Respublikasının hava məkanından uçuşu və hava limanlarında enməsi üçün birdəfəlik diplomatik icazələrin alınmasına dair verbal notalar şənbə, bazar və Azərbaycan Respublikasının bayram günləri istisna olmaqla Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə aşağıda göstərilən vaxt müddətlərinə uyğun göndərilməlidir:

- Liter və VİP əhəmiyyətli hava gəmilərinin uçuşu və enişi      5 iş günü əvvəl

- Təhlükəli yük daşıyan və silahla təchiz olunmuş hərbi və mülki hava gəmilərinin hava məkanından istifadəsi         14 iş günü əvvəl

- Təhlükəli və hərbi yük ilə yüklənmiş, həmçinin döyüş, radiolokasiya və aerofotoçəkiliş avadanlığı ilə təchiz olunmuş, hərbi və mülki hava gəmilərinin uçuşu və enişi                     14 iş günü əvvəl

Notada təyyarənin növü, uçuşun məqsədi, tarix qeyd edilməli və uçuş üçün müvafiq qaydada doldurulmuş bir ədəd anket notaya əlavə olunmalıdır. Qeyd olunan anketə əsas sərnişinlərin siyahısı, yüklərin növü və uçuş planı daxil olunmalıdır.

Diplomatik icazələr 72 saat müddətə etibarlıdır.

b. Azərbaycan Respublikasının hava məkanından uçuş üçün diplomatik illik icazələrin alınmasına dair Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota göndərilməlidir. Notada təyyarələrin növləri, qeydiyyat nömrələri, çağırış siqnalları, Azərbaycan Respublikasının hava məkanına giriş və çıxış nöqtələrinin qeyd olunması, uçuşların məqsədləri və nəzərə alınmış yükləmə haqqında məlumatlar qeyd olunmalıdır.
Bununla yanaşı illik icazə verildikdən sonra hər bir uçuş üçün uçuş planı (flight plan) və yükün növü, parametrləri məlumat xarakterli olaraq göndərilməlidir.

Azərbaycan Respublikasının hava məkanından uçuş üçün diplomatik illik icazələr müstəsna hallarda verilir.

Diplomatik illik icazələr Azərbaycan Respublikasının hava limanlarına enmə yerinə yetirən və eyni zamanda aşağıda sadalanan üst uçuşlara aid edilmir:
- Liter reyslərini yerinə yetirən və VİP hava gəmiləri, 
- Döyüş, silahlı, hərbi təhlükəli yük, radiolokasiya və aerofotoçəkiliş avadanlığı ilə təchiz olunmuş hava gəmiləri; 
- Ermənistan Respublikasına uçub gələn və uçub gedən hava gəmiləri;

Bu tipli uçuşlara birdəfəlik icazələr “a” bəndində qeyd olunan qaydalarla və vaxt müddətlərinə əsasən alınmalıdır.

c. Azərbaycan Respublikasının hava məkanından uçuş və hava limanlarında enməsi üçün müvafiq qaydada icra olunmuş sorğular qəbul olunduqdan sonra Azərbaycan tərəfi hər hansı əlavə məlumat və ya sənədin təqdim olunmasını xahiş edə bilər.