Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin mühafizə şərtləri.

Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərin mühafizə şərtləri.

Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini Azərbaycan tərəfi aşağıdakı qaydada  təmin edir:

a) Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin inzibati binalarının (ofislərin) təhlükəsizliyi qarşılıqlı prinsiplər əsasında ödənişsiz olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Diplomatik nümayəndəlikləri mühafizə taboru tərəfindən mühafizə olunur.

Bu məsələ ilə bağlı diplomatik nümayəndəlik tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə verbal nota ilə müraciət edilməlidir.

Diplomatik nümayəndəliyi mühafizə edən polis əməkdaşları, həmin nümayəndəliyin maliyyə vəsaiti hesabına telefon rabitəsi, isti-soyuq havalandırma sistemi, monitor və sanitar qovşaqları, eyni zamanda mühafizənin lazımi səviyyədə həyata keçirilməsi üçün şərait yaradan digər cihaz və avadanlıqlarla təchiz edilmiş xüsusi yer və ya 2x2m ölçüdə polis köşkü ilə təmin olunmalıdır.

b) Qarşılıqlı prinsiplər əsasında mühafizə olunmayan diplomatik nümayəndəliklər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq polis idarələri tərəfindən post-patrul üsulu ilə mühafizə olunur.

Daimi polis postu ilə mühafizə olunmayan diplomatik nümayəndəliklər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq idarəsi ilə müqavilə bağladıqdan sonra ödənişli əsaslarla mühafizə oluna bilər.