Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən daşınmaz əmlakın alınması və icarəyə götürülməsinə dair

 Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən daşınmaz əmlakın alınması və icarəyə götürülməsinə dair

Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri (bundan sonra diplomatik nümayəndəliklər) tərəfindən həmin diplomatik nümayəndəliklərin inzibati binalarının yerləşdirilməsi məqsədilə daşınmaz əmlakın (binaların, sahələrin və ərazilərin) alınması və icarəyə götürülməsiaşağıdakı qaydada həyata keçirilir:

a) Azərbaycan Respublikasında mövcud olan Qanunvericiliyə əsasən, ölkə ərazisində xarici hüququ və fiziki şəxslərə torpaq sahələrinin satılmasına icazə verilmir. Torpaq sahələri qarşılıqlılıq prinsipi əsasında xarici hüququ və fiziki şəxslərə 99 ilə qədər icarəyə verilə bilər.

b) Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən həmin diplomatik nümayəndəliklər tərəfindən binaların (o cümlədən ofis, mənzil və s.) alınması qarşılıqlılıq prinsipi əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi icazəsinə uyğun olaraq həyata keçirilir. Bununla əlaqədar diplomatik nümayəndəliklər tərəfindən alınması nəzərdə tutulmuş binaya (ofis, mənzil və s.) dair aşağıda qeyd olunan məlumat Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır:
 -  Binanın (ofis, mənzil və s.) dəqiq ünvanı;
 - Binanın (ofis, mənzil və s.) texniki pasportunun notarial qaydada təsdiq olunmuş surəti;
 - Binanın (ofis, mənzil və s.) şəhadətnaməsinin (daşınmaz əmlakın qeydiyyat reyestrindən çıxarış) notarial qaydada təsdiq olunmuş surəti;
 - Digər sənədlər (ehtiyac yaranarsa).

c) Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən həmin diplomatik nümayəndəliklərin inzibati binalarının (səfirlik və ya nümayəndəlik, konsulluq, mədəniyyət mərkəzi, ticarət nümayəndəliyi və s.) və diplomatik nümayəndəliklərin başçılarının iqamətgahlarının yerləşdirilməsi məqsədilə binaların (o cümlədən ofis, mənzil və s.) icarəyə götürülməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə razılaşdırılmalıdır. Bununla əlaqədar diplomatik nümayəndəliklər tərəfindən icarəyə götürülməsi nəzərdə tutulmuş binaya (ofis, mənzil və s.) dair aşağıda qeyd olunan məlumat Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə təqdim olunmalıdır:
 -  Binanın (ofis, mənzil və s.) dəqiq ünvanı;
 - Binanın (ofis, mənzil və s.) texniki pasportunun notarial qaydada təsdiq olunmuş surəti;
 - Binanın (ofis, mənzil və s.) şəhadətnaməsinin (daşınmaz əmlakın qeydiyyat reyestrindən çıxarış) notarial qaydada təsdiq olunmuş surəti;
 - Digər sənədlər (ehtiyac yaranarsa).

d) İçəri Şəhərin tarixi-memarlıq qoruğu olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəliklər tərəfindən İçəri Şəhərdə hər hansı daşınmaz əmlakın alınması və yaxud icarəyə götürülməsi məsələsi Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır.