Müvəqqəti işlər vəkillərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, baş konsulların və fəxri konsulların XİN-də rəsmi təqdim ol

 Azərbaycan Respublikasına təyin olunmuş və iqamətgahı Azərbaycan Respublikasında olan
müvəqqəti işlər vəkillərinin (charge d`affaires a.i.), beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, baş konsulların (konsulların, vitse-konsulların, konsulluq agentlərinin) və fəxri konsulların
Xarici İşlər Nazirliyində rəsmi təqdim olunmalarına dair
protokol təcrübəsi  

 

a) Xarici dövlətin iqamətgahı Bakı şəhərində olan səfirliyinin (səfirliyin ofisinin) müvəqqəti işlər vəkillinin (charge d`affaires a.i.) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması məhz təmsil etdiyi ölkənin Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanlanmış rəsmi nota əsasında həyata keçirilir.

Müvəqqəti işlər vəkili (charge d`affaires a.i.) Azərbaycan Respublikasına gəldiyi və yaxud təyin olunduğu (Azərbaycan Respublikasında artıq fəaliyyət göstərən səfirliyin əməkdaşı iki aydan artıq müddət üçün müvəqqəti işlər vəkili təyin olunduğu təqdirdə) tarixdən 5 iş günü ərzində mütləq qaydada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə müraciət olunmalıdır. Görüş zamanı təyinat barədə təmsil etdiyi ölkənin Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanlanmış rəsmi nota müvəqqəti işlər vəkili (charge d`affaires a.i.) tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunur. 

b) Beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması məhz təmsil etdiyi beynəlxalq təşkilatın rəhbəri tərəfindən Azərbaycan Respublikasının rəhbərliyinə ünvanlanmış təyinat məktubu və yaxud həmin beynəlxalq təşkilat tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanlanmış rəsmi nota əsasında həyata keçirilir.

Beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbəri Azərbaycan Respublikasına gəldiyi və yaxud təyin olunduğu (Azərbaycan Respublikasında artıq fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliyinin əməkdaşı rəhbər təyin olunduğu təqdirdə) tarixdən 5 iş günü ərzində mütləq qaydada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə müraciət olunmalıdır. Görüş zamanı təyinat barədə beynəlxalq təşkilatın rəhbəri tərəfindən Azərbaycan Respublikasının rəhbərliyinə ünvanlanmış təyinat məktubu və yaxud həmin beynəlxalq təşkilat tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə ünvanlanmış rəsmi nota beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbəri tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunmalıdır.  

Beynəlxalq təşkilatların nümayəndəliklərinə müvəqqəti işlər vəkillərinin (charge d`affaires a.i.) təyin olunması yuxarıdakı (a) bəndində göstərilən şərtlərə uyğun olaraq həyata keçirilir.

c) Xarici dövlətin Azərbaycan Respublikasında yerləşən Baş konsulluğunun (Konsulluğun, Vitse-konsulluğun, Konsulluq agentliyinin) rəhbərinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması təmsil etdiyi ölkənin konsulluq patenti (əhatə etdiyi konsulluq dairəsi tam şəkildə göstərilmək şərtilə) əsasında həyata keçirilir.

Baş konsulluğun (Konsulluğun, Vitse-konsulluğun, Konsulluq agentliyinin) rəhbəri Azərbaycan Respublikasına gəldiyi tarixdən 10 iş günü ərzində mütləq qaydada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə müraciət olunmalıdır. Görüş zamanı konsulluq patenti yeni təyin olunmuş Baş konsul (konsul, vitse-konsul, konsul agenti) tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunur. 

d) Xarici dövlətin Azərbaycan Respublikasındakı Fəxri konsulunun Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində rəsmi təqdim olunması təmsil etdiyi ölkənin konsulluq patenti (əhatə etdiyi konsulluq dairəsi tam şəkildə göstərilmək şərtilə) əsasında həyata keçirilir.

Fəxri konsul Azərbaycan Respublikasına gəldikdən və yaxud təyin olunduqdan 10 iş günü ərzində mütləq qaydada görüş üçün Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə müraciət olunmalıdır. Görüş zamanı konsulluq patenti yeni təyin olunmuş Fəxri konsul tərəfindən Dövlət Protokolu İdarəsinin rəisinə (yaxud onu əvəz edən şəxsə) təqdim olunur. 

e) Müvəqqəti işlər vəkili (charge d`affaires a.i.), beynəlxalq təşkilatın nümayəndəliyinin rəhbəri, Baş konsulluğun (Konsulluğun, Vitse-konsulluğun, Konsulluq agentliyinin) rəhbəri, Fəxri konsul funksiyalarını bitirdiyi və ya ezamiyyət (təyinat) müddəti bitdiyi zaman mütləq qaydada Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi və ya onu əvəz edən şəxs və Xarici İşlər Nazirliyinin müvafiq idarəsinin rəisi və ya onu əvəz edən şəxs ilə vida görüşü keçirməlidir.