English Version
MFA MFA
MFA
HomeMail
Language
shar
MFA
pxl
pxl
Azərbaycan Respublikası
pixel
Diplomatik Xidmət
pixel
Xarici siyasət və beynəlxalq münasibətlər
pixel
Konsulluq xidməti
pixel
Normativ hüquqi əsaslar
pixel
Çıxışlar
pixel
XİN-bəyanatları
pixel
Diplomatiya Aləmi Jurnalı
pixel
Təlim-Tədris Mərkəzi
pixel
Xəbərlər
pixel
Linklər
pixel
İşə qəbul
pixel

Diplomatik Nümayəndəliklər

pxl
Təlim-Tədris Mərkəzi


     Xarici İşlər Nazirliyinin Təlim-Tədris Mərkəzi 2003-cü ilin aprel ayından fəaliyyət göstərir.Training Center
     Bu Mərkəz BMT-nin İnkişaf Proqramı və XİN tərəfindən birgə keçirilən “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi üçün Milli Potensiyalın Artırılması Proqramı” adlı layihənin çərçivəsində təsis olunmuşdur. Layihənin məqsədi Nazırliyin işçiləri üçün səmərəli təlim keçirilməsi üçün təlim mərkəzinin yaradılmasıdır.
     Təlim-Tədris Mərkəzi yüksək texniki standartlara malikdir. Mərkəzdə İnternetə və vahid şəbəkəyə qoşulmuş və hamısı bilgi sayarla təchiz edilmiş 26 təlim yeri mövcuddur. Təlim yerlərində multimedia avadanlığı da quraşdırılıb. Mərkəz Nazirliyin işçiləri üçün geniş təlim imkanları yaradır, o cümlədən müasir kompüter texnologiyaları, modelləşdirmə, simulyasiya və qiyabi tədris sahələrində.
     Təlim-Tədris kurslarının əsas dinləyiciləri aşağı və orta səviyyəli diplomatlardı. Kurslar əsasən aşağıda göstərilən fənləri əhatə edir: hüquq, siyasət, təhlükəsizlik, iqtisadiyyat, ictimai hüquq və beynəlxalq təşkilatlar.
     Təlim-Tədris Mərkəzi Nazirliyin işçiləri üçün səmərəli və intensiv təlim kursların keçirilməsi məqsədi ilə istifadə olunur. Xarici siyasət və beynəlxalq əlaqələr sahələrini əhatə edən “Nazirlikdə Cümə Mühazirələri” adlı mühazirələr müntəzəm olaraq Mərkəzdə səslənir. Azərbaycan da akkreditə olunmuş diplomatik missiyaların başçılarının əksəriyyəti Mərkəzdə Azərbaycan diplomatları üçün müəyyən mövzular ətrafında məruzələr edirlər. Belə mühazirələr canlı müzakirələr formatında aparılır və bu da gənc Azərbaycan diplomatlarının həm biliklərinin artırılmasına, həm də danışıq və müzakirə aparmaq qabiliyyətinin yaxşılaşdırılmasına xidmət edir.
     2004-cü ilin iyun ayında “Mülki Təhsil Layihəsi” çərçivəsində xaricdən gəlmiş təlimçilər tərəfindən İnsan Haqları Üzrə Avropa Məhkəməsi, Üstünlük Doktrinası, Nisbi Hüquqprudensiya, Dünya Ticarət Təşkilatına qəbul qaydaları mövzuları ətrafında dinləyicilər üçün Mərkəzdə bir sıra mühazirələr oxunmuşdu.
     2004-cü ilin iyul ayında isə Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzi ilə birgə təhlükəsizlik və xarici siyasətin planlaşdırılması sahələrinə dair maraqlı kurslar təşkil olunmuşdur.
     Vaxtaşırı Mərkəzə xaricdən də hörmətli qonaqlar təşrif buyurur. Misal üçün, Mərkəzdə artıq qonaq olmuş tanınmış siyasətçi və ekspertlərin siyahısında Dr. Zbiqnev Bjejinski, Dr. Frederik Starr, General Uilliam Odom, Vlad Sokor, Svant Kornel, Brenda Şafer, Con Rouz, Dr. Yucin Rumer, Dr. Ceffri Simon, Tomas Qolts və başqaları da vardır.
     Bundan əlavə, hal-hazırda BMT-nin Təlim və Tədqiqatlar İnstitutu və Corc Marşal adına Təhlükəsizlik və Beynəlxalq Araşdırmalar üzrə Avropa Mərkəzi və başqaları ilə birgə təlim kurslarını təşkil edək.
     Burada Siz Təlim-Tədris Mərkəzinin fəaliyyəti barədə tanış ola bilərsiniz:
  • 2003
  • 2004
  • 2005
  • pxl Home Top pxl
    pxl