2018-02-09
No:026/18, Vatikanın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Azərbaycana rəsmi səfər edəcək
Müqəddəs Taxt-Tacın Xarici dövlətlərlə əlaqələr üzrə Katibi Arxiyepiskop Paul Riçard Gallagher 9-12 fevral tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.

Səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyaban və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm Katolik kilsəsi, Təzəpir Məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır.

Xarici İşlər Nazirliyində görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.
növbəti xəbər əvvəlki xəbər