2015-09-15
Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlu Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir

15-16 sentyabr 2015-ci il tarixində Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlu Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir. 

Səfər çərçivəsində Feridun Sinirlioğlunun Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub. 

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 16 sentyabr tarixində saat 11:30-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

növbəti xəbər əvvəlki xəbər