2015-12-21
Xarici işlər naziri Elmar Məmmədyarovun “İrs” jurnalının Vyetnam dilində ilk buraxılışında müsahibəsi dərc edilib

Müsahibədə Elmar Məmmədyarov Azərbaycanla Vyetnam arasında əməkdaşlığın hazırkı vəziyyətindən, xüsusən də siyasi münasibətlərin inkişafından məmnunluq ifadə etdi, hər iki ölkə başçısının qarşılıqlı səfərlərinin bu məsələdə həlledici rol oynadığını bildirdi. Nazir həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin bir-birinə qarşılıqlı dəstəyini yüksək qiymətləndirdi, BMT və Qoşulmamaq Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı. İkitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyətinə toxunan Nazir Elmar Məmmədyarov, 2014-cü ildə hər iki ölkənin iş adamlarının iştirakı ilə Hanoy şəhərində keçirilmiş biznes forumu, SOCAR və Petrovyetnam şirkətləri arasında qurulmuş əməkdaşlığı qeyd etdi, yaxın gələcəkdə hökumətlərarası iqtisadi komissiyanın işə başlaması ilə bu istiqamətdə arzuolunan nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Ermənistan-Azərbaycan münaqişəsi barədə geniş məlumat verən Elmar Məmmədyarov, münaqişənin həlli ilə bağlı BMT TŞ-ın dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, işğal faktının təkcə Azərbaycan üçün deyil, bütün region üçün əsas təhdid olduğunu diqqətə çatdırdı, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminlik ifadə etdi.

    

növbəti xəbər əvvəlki xəbər