2014-05-28
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatının “Sülh və təhlükəsizlik naminə həmrəyliyin gücləndirilməsi” adlı 17-ci Nazirlər Görüşündə çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatının “Sülh və təhlükəsizlik naminə həmrəyliyin gücləndirilməsi” adlı 17-ci Nazirlər Görüşündə çıxışı

Əlcəzair, 28 may 2014-cü il

Qeyri-rəsmi tərcümə

Cənab sədr,

Nazirlər,

Zati-aliləri,

Xanımlar və cənablar,

Mən, Avropa Qrupunun adından açılış nitqini söyləməkdən şərəf duyuram.

İlk öncə Əlcəzair Xalq Demokratik Respublikasına, xüsusilə xarici işlər naziri cənab Ramteyn Lamamraya qonaqpərvərliyə görə təşəkkürümü bildirmək və Nazirlər Görüşünün təşkilində uğurlar arzulamaq istəyirəm.

Biz inanırıq ki, görüş bizim beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli, çiçəklənən, əminaman və təhlükəsiz dünya qurmaq səylərimiz istiqamətində böyük addım olacaqdır. Bu məqsədlə Avropa Qrupu görüşün işinə töhfə vermək niyyətindədir.

Əminik ki, bizim buradakı görüşümüz və onun nəticəsində qəbul edəcəyimiz yekun sənəd Hərəkatın prinsip və məqsədlərinə dəstək olaraq kifayət qədər hərtərəfli gündəliyi əks etdirir. Şübhəsiz ki, nəticədə o üzv dövlətlər tərəfindən həmrəylik ruhunda həyata keçiriləcəkdir.

Bütün dünyada beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində böyük rol oynayacağına əmin olduğumuz Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə dəstək olaraq Avropa Qrupu siyasi məsləhətləşmələr və praktiki əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Hərəkat çərçivəsində aktiv qarşılıqlı fəaliyyət göstərəcəkdir.

Təşəkkür edirəm.

növbəti xəbər əvvəlki xəbər