2014-09-26
Nazir Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Dostluq Qrupunun “Qlobal sülhə və birgə yanaşı yaşayışa yeni və baş qaldıran ideoloji təhlükələr” mövzusunda nazirlər toplantısında çıxış etmişdir

Nazir Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının Dostluq Qrupunun “Qlobal sülhə və birgə yanaşı yaşayışa yeni və baş qaldıran ideoloji təhlükələr” mövzusunda 26 sentyabr 2014-cü il tarixində keçirilən illik nazirlər toplantısında çıxış etmişdir.

Nazir Elmar Məmmədyarov çıxışı zamanı Azərbaycan Hökumətinin BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə yeddinci Qlobal Forumunun Bakıda keçirilməsi təklifini irəli sürmüşdür.

Tədbirdə çıxış edən Bəhreyn, Monqolustan, Səudiyyə Ərəbistanı, Seneqal, Qatar və digər ölkələr Azərbaycanın təşəbbüsünü dəstəkləyərək bu mötəbər tədbirin zəngin multikulturalizm və tolerantlıq ənənələri olan Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış və Azərbaycanın foruma layiqincə ev sahibliyi edəcəyinə əminliklərini ifadə etmişlər.

Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansının 2016-cı ildə yeddinci Qlobal Forumunun Bakıda keçirilməsi təklifi qəbul olunmuşdur.

Çıxışın tam mətni

növbəti xəbər əvvəlki xəbər