2014-05-07
Nazir Elmar Məmmədyarov tərəfindən Avropa Şurası Nazirlər Komitəsində Azərbaycan Respublikası sədrliyinin prioritetlərinin təqdimatı

Cənab Prezident,

Zati-aliləri,
 
Xanımlar və cənablar,
 
İlk növbədə, hörmətli həmkarım nazir Sebastian Kurz və onun komandasını 6 aylıq kifayət qədər işgüzar və sınaq müddətində uğurlu və məhsuldar sədrliyi münasibəti ilə bir də təbrik etmək istəyirəm.
 
2001-ci ilin yanvar ayında Avropa Şurasının üzvü olduqdan sonra ilk dəfə olaraq Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürmək həqiqətən də Azərbaycan Respublikası üçün böyük üstünlükdür. Azərbaycanın sədrliyi təşkilatın 65-ci ildönümünü qeyd etdiyi tarixi bir vaxta təsadüf etmişdir. Bu uzun müddət özünün güclü və vahid standartları ilə istinad mərkəzi olan Avropa Şurası üçün həqiqətən də vacib dönüş nöqtəsidir.
 
Növbəti altı ay müddətində ölkəm Avropa Şurasının üç əsas sütunu – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və səylərini əsirgəməyəcəkdir. Bu müddət ərzində Avropa Şurasının əsas dəyərlərinin dəstəklənməsi və təşviqi bizim bütün fəaliyyət və öhdəliklərimizin mərkəzində duracaqdır.
 
Azərbaycanın sədrliyinin əsas prioritetləri Azərbaycanın müsbət xarakteristikası və müqayisəli üstünlükləri ilə yanaşı Avropa Şurasının gündəliyində duran aktual və təxirəsalınmaz məsələlərin nəzərə alınması ilə müəyyən edilmişdir.
 
Üzv dövlətlərdən təcili və qəti cavab əldə etməyi təmin etmək üçün Avropada demokratiya, təhlükəsizlik və stabillik sahəsindəki mövcud problemlərə ciddi diqqət ayıracağıq. Bu məqsədlə Azərbaycanın sədrliyi gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarları əldə etməyə çalışacaqdır.
 
Korrupsiya ilə mübarizədə güclü əməkdaşlıq Azərbaycanın sədrliyinin əsas prioritetlərindən biri olacaqdır. Biz Beynəlxalq Anti-korrupsiya Akademiyası ilə birgə Bakıda yüksək səviyyəli konfrans təşkil etməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan etmiş Avropa Şurasının səylərinə töhfəmizi verəcəyik. Bu konfrans anti-korrupsiya qanunlarının tətbiqinə böyük əhəmiyyət verərək və ehtiyat tədbirlərini təmin edərək milli təcrübə və ən yaxşı praktikalar üzrə fikir mübadilələrinə imkan yaradacaqdır.
 
Azərbaycanın sədrliyi zamanı idman yarışlarının idarə edilməsi üzrə Avropa Şurası Konvensiyasının mümkün qəbuluna yaxından nəzarət olunacaq və biz bu Konvensiyanın tezliklə imzalanma üçün hazır olmasına dəstəyimizi gücləndirəcəyik. Bildiyiniz kimi, Bakı ilk dəfə olaraq 2015-ci ildə Avropa Oyunlarına ev sahibliyi edəcək və bu da sədrlik müddətində bu Konvensiyanın qəbuluna yardım etməyimizin digər əsas səbəbidir. 
 
Mütəmadi olaraq inkişaf edən cəmiyyətlərdə mədəni fərqliliklərin idarə edilməsi bu gün Avropada əsas məsələlərdən birinə çevrilib. Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə şəkildə mövcud olduğu bir yer olmuş və dini və mədəni fərqliliklərə yardım məsələsi hər zaman gündəlikdəki əsas məsələlərdən olmuşdur. Özünün sədrliyi zamanı Azərbaycan mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım edəcəkdir. Mədəniyyətlərarası dialoqun dini ölçüləri haqqında 2014-cü il Avropa Şurası illik mübadiləsini təşkil etmək şərəfinə nail olacağıq. Bu iclasın mədəni fərqliliklərə malik cəmiyyətlərin qarşılıqlı hörmət və anlaşma əsasında həmrəyliyin vaciblik və qiymətini yenidən qeyd edəcəyinə ümid edirik.
 
Azərbaycanın sədrliyi sosial həmrəylik və sosial davamlılığı istənilən sarsılmaz və çiçəklənən cəmiyyətin vacib elementi hesab edir. Bizim bu istiqamətdə səylərimiz Avropa Şurasının zəif müdafiə olunan qruplara xüsusi diqqət ayıraraq, heç bir ayrı-seçkilik olmadan hamının sosial hüquqlardan istifadə etmək imkanının təmin edilməsinə yardım etməyə yönəlib. Ermənistanın işğalı səbəbindən geniş miqyaslı köçkünlük təcrübəsi olan Azərbaycan heç şübhəsiz sədrliyin müvafiq fəaliyyətləri çərçivəsində cəmiyyətin müdafiəsiz üzvləri olan köçkünlərin insan haqlarının müdafiəsinə güclü diqqət ayıracaq. Əminik ki, XXI əsrin Avropasında milyonlarla insan hələ də bu hadisədən əziyyət çəkməsi əlaqədar olaraq bu məsələyə gələcəkdə Avropa Şurası çərçivəsində daimi diqqət ayrılmalıdır.
 
Bizim işimiz eyni zamanda çiçəklənən və sarsılmaz cəmiyyətlərin iki əsas ayrılmaz elementi olan gənclik və təhsil üzərində də cəmləşib. Biz təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi əhəmiyyət verəcəyik ki, bu da gənclərin öz hüquqlarından geniş istifadə imkanının təmin edilməsindən keçir. Bakı bu prioritet fəaliyyət xətti çərçivəsində Avropa ali təhsil sahəsinin həyata keçirilməsi üzrə 4-cü regional nazirlər iclası və Gənclər Siyasəti üzrə BMT-nin Qlobal Forumu kimi iki əhəmiyyətli tədbirə ev sahibliyi edəcəkdir. BMT-nin Forumu Avropa Şurasının güclü institusional dəstəyindən faydalanacaqdır.
 
Konvensiya sisteminin effektivliyinin artırılması Avropa Şurasının əsas prioritetlərindən biri olaraq qalır. Azərbaycan sədrliyi İnterlaken, İzmir və Braytonda imzalanmış Bəyannamələrin izlənilməsinə dəstək göstərərək Avropa Şurasının bu istiqamətdə olan səylərinə öz töhfəsini verəcək. Konvensiyanın milli səviyyədə həyata keçirilməsinə böyük diqqət göstəriləcək və bununla bağlı Bakıda Konvensiyanın ölkədə həyata keçirilməsində yerli hakimlərin rolu barədə yüksək səviyyəli konfrans keçiriləcəkdir. 
 
Avropa Şurası Baş katibin təşəbbüsü ilə ciddi siyasi islahatların həyata keçirilməsi hədəfi qarşıya qoyulmuş və bu hədəf sədrliyimiz müddəti ərzində bizim tərəfimizdən yekdilliklə və güclü şəkildə dəstəklənəcəkdir. Azərbaycan sədrliyi həmçinin Avropa İttifaqı, ATƏT və BMT kimi digər beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da möhkəmləndirilməsinə dəstək göstərəcəkdir. 
 
Azərbaycan Avropa Şurasının qonşu regionlarla bağlı siyasətinin gedişatını yaxından izləməkdədir. 2011-ci ildə İstanbulda başlanılan bu siyasət nəticəsində siyasi dialoqun gücləndirilməsi və əməkdaşlıq prioritetləri ilə bağlı razılıqlar vasitəsilə qonşu regionlardakı bir çox ölkə ilə münasibətlərin dərinləşməsi istiqamətində ciddi uğurlar əldə edilmişdir. Qitələrin kəsişməsində yerləşən bir ölkə olan Azərbaycan bu ölkələrlə tarixi köklərə dayanan güclü ikitərəfli əlaqələrə malikdir və bu səbəbdən bu siyasətin təkmilləşməsinə böyük diqqət göstərməkdə davam edəcəkdir. Azərbaycan sədrliyi zamanı 2014-cü ilin sentyabr ayında Bakıda Avropa Şurasının qonşuluq siyasətinə həsr olunmuş yüksək səviyyəli nazirlər konfrans keçirərək Avropa Şurasının səylərini dəstəkləmək niyyətindədir. Bu konfrans Nazirlər Komitəsində son zamanlarda müzakirə mövzusu olmuş qonşuluqdakı bəzi ölkələrlə daha institusional münasibətlərin yaradılması imkanlarını nəzərə alaraq Avropa Şurasının mümkün uzun müddətli fəaliyyətinin istiqamətlərinin müzakirəsi üçün dəyərli forum rolunu oynaya bilər. Son olaraq, bu tədbir mədəniyyətlərarası dialoqla bağlı fəaliyyətlərin qonşuluq siyasətinin ümumi məqsədlərinə əlavə dəyər gətirib-gətirmədiyini müəyyənləşdirməyə imkan yaradacaqdır. 
 
Sədrliyimiz zamanı, fəaliyyətimizin davamlı və əlaqəliliyini təmin etmək məqsədilə prioritetlərimizi əlaqələndirilmiş şəkildə inkişaf etdirərək, bizdən sonra sədrliyi davam etdirəcək Belçika və Bosniya və Hersoqovina ilə daimi və yaxın əlaqələr yaradılacaqdır. 
 
Azərbaycan sədrliyi bu olduqca əhəmiyyətli müddət ərzində sədrliyin rahat və səmərəli davamı üçün Baş Katiblik, Parlament Assambleyası, Yerli və Regional hakimiyyət orqanları Konqresi və digər qurumlarla yaxından əməkdaşlıq edəcəkdir. 
 
Ortaq hədəf və məqsədlərimizə çatmaqda maksimum açıqlıq və istək göstərməyə çalışacaq və bu həyati əhəmiyyətli tapşırığın öhdəsindən gəlmək üçün güclü dəstəyinizə arxalanacayıq. Qarşıdakı 6 aylıq müddət ərzində ölkəmizdə 18 tədbir keçiriləcəkdir və Sizi və dəyərli həmkarlarınızı bu müddət ərzində ölkəmizə səfər etməyə dəvət edirik. 
 
Diqqətinizə görə minnətdaram.
növbəti xəbər əvvəlki xəbər