2015-04-07
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev tərəfindən mətbuata açıqlama
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Latviyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına və Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verir.
 
Səfir Hardijs peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan idi. O, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi.
 
Allah rəhmət eləsin!
növbəti xəbər əvvəlki xəbər