2012-09-23
Pakistan Senatının Xocalı soyqırımı ilə bağlı Qətnaməsi
Pakistan Senatı
Xarici Əlaqələr Komitəsi
 
1 fevral, 2012
 
Qətnamə
 
Pakistan İslam Respublikasının Senatı 1 fevral 2012-ci il tarixində “Pakistan – Azərbaycan münasibətləri” ilə bağlı dinləmələrdən sonra Azərbaycan Respublikasının ərazisinin 20 %-nin işğalı və ermənilər tərəfindən törədilmiş Xocalı Soyqırımı ilə bağlı yekdilliklə qətnamə qəbul etmişdir. Qətnamənin mətnini diqqətinizə təqdim edirik:
 
1) Xarici Əlaqələr Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını və 26 fevral 1992-ci il tarixində erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyir.
 
2) Komitə Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edir. 
 
3) Komitə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları Ermənistanı bu qərarları yerinə yetirməyə səsləməyə çağırır. Beynəlxalq ictimaiyyət bu Soyqırım üçün məsuliyyət də müəyyən edə bilər. 
 
4) Komitə Azərbaycan Respublikasının Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində səylərini dəstəkləyir.  

 

növbəti xəbər əvvəlki xəbər