2012-06-07
29 may 2012-ci il tarixində Kanada Senatının üzvü Salma Atullahcan tərəfindən Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat səsləndirmişdir.

 29 may 2012-ci il tarixində Kanada Senatının üzvü Salma Atullahcan tərəfindən Azərbaycanın Respublika Günü ilə bağlı bəyanat səsləndirmişdir. Bəyanatda 1918-ci ilin 28 may tarixində Azərbaycanda demokratik respublikanın elan edildiyi və Azərbaycanın ilk müsəlman ölkəsi qismində qadınlara bərabər siyasi hüquqlar və seçki hüququ verdiyi qeyd olunmuşdur. Bəyanatda, həmçinin, Rusiya imperiyası ərazisində ilk dəfə 1901-ci ildə Azərbaycanda ilk qızlar gimnaziyasının təsis edildiyini və qadınların müxtəlif illərdə ölkənin yüksək vəzifələrində çalışdıqları bildirmişdir. Həmçinin, Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi vurğulanmışdır

növbəti xəbər əvvəlki xəbər