2015-04-13
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin Gürcüstan vətəndaşı D.Turaşvilinin adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində müraciətinə dair mətbuat açıqlaması

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək Azərbaycan Respublikasının “Dövlət Sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş “arzuolunmaz şəxslər” siyahısına daxil edilmiş Gürcüstan vətəndaşı, yazıçı David Turaşvili adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə məktubla müraciət edib.

Məktubda David Turaşvili bu səfərin təsadüfi və qərəzsiz olduğunu, heç bir halda Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və qanunlarına hörmətsizlik xarakteri daşımadığını bildirib. O, müstəsna hal kimi arzuolunmaz şəxslər siyahısına salınması barəsində qərarın ləğv edilməsini xahiş edib.

David Turaşvilinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

növbəti xəbər əvvəlki xəbər