2014-10-20
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyevin “Amerikanın səsi” radiosunun Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim ilə əlaqədar hazırladığı verilişə dair şərhləri

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və ümumiyyətlə, Ermənistanın işğal və təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövqeyi əks etdirilmədən  “Amerikanın səsi” radiosu tərəfindən birtərəfli qaydada Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında verilişin hazırlanması ədalətsiz və qərəzli xarakter daşıyır.

“Obyektivlik” və “qərəzsizlik” prinsiplərindən danışan “Amerikanın səsi” radiosu tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud durumu da obyektiv şəkildə işıqlandırılmalıdır.  
 
“Amerikanın səsi” radiosunun bu verilişi separatizm, işğal və təcavüzün təşviq olunmasına rəvac verir.  
 
“Amerikanın səsi” radiosunun bu birtərəfli addımı eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına və onların həssas hisslərinə hörmətsizlikdir.
 
növbəti xəbər əvvəlki xəbər