2014-10-02
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyevin şərhləri

Fransa Milli Assambleyasının üzvü Fransua Roşeblounun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfəri və 23-26 sentyabr tarixlərində Parisdə keçirilmiş beynəlxalq turizm sərgisində Ermənistana aid pavilyonda qondarma Dağlıq Qarabağ rejiminin də təmsil olunması ilə əlaqədar Azərbaycan Respublikasının Fransadakı səfirliyi tərəfindən Fransanın Xarici işlər nazirliyi, Fransa Milli assambleyası və turizm sərgisinin təşkilatçısı olan şirkətə müvafiq olaraq etiraz notası və məktubları göndərilmişdir.

Fransa prezidenti Fransua Olandın təşəbbüsü ilə bu ilin oktyabr ayının sonunda Fransada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ərəfəsində Ermənistan, Fransadakı erməni diasporu və onun bilavasitə təsiri altında olan Fransua Roşebloun kimi şəxslər tərəfindən məqsədyönlü şəkildə belə qeyri-qanuni əməllərə yol verilməsi ilk növbədə Fransaya qarşı törədilmiş təxribatçılıq cəhdidir.  

Ermənistan və Fransadakı erməni diasporunun təsiri altında olan və şovinist və irqçi baxışlara malik olan Fransua Roşeblaun Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim ilə qurduğu təmaslarına görə eləcə də separatizm, etnik təmizləmə, insaniyyətə qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verməkdə bilavasitə rol oynayır.

növbəti xəbər əvvəlki xəbər