2014-09-23
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlaması

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İraqın Mosul şəhərindəki Türkiyə Baş konsulluğunun girov götürülmüş əməkdaşlarının və onların ailə üzvlərinin girovluqdan azad edilməsini alqışlayır və Baş konsulluğun əməkdaşlarını və onların ailə üzvlərini və qardaş Türkiyə xalqını təbrik edir və ən xoş arzularını çatdırır.

növbəti xəbər əvvəlki xəbər