2013-12-30
Rusiya Federasiyasının Volqoqrad şəhərində dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktları ilə bağlı Bəyanat

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Volqoqrad şəhərində dəmir yolu vağzalında və ictimai nəqliyyatda baş vermiş terror aktlarını qəti şəkildə qınayır və bu terror əməlləri nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə və yaxınlarına və Rusiya xalqına başsağlığı verir, xəsarət alanların isə tezliklə şəfa tapmalarını arzuladığını bildirir.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini pisləyir.

növbəti xəbər əvvəlki xəbər