2012-08-16
14-15 avqust tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyası keçirilmişdir

Cari ilin 14-15 avqust tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyası keçirilmişdir. Sessiyada dünya müsəlmanlarının narahatçılığına səbəb olan məsələlər müzakirə olunmuş, Suriya, Fələstin, Mali və Myanmadakı vəziyyətlə bağlı müvafiq qətnamələr qəbul edilmişdir. Zirvə Toplantısının sonunda müzakirə olunmuş məsələlərlə bağlı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mövqeyini əks etdirən Yekun Bəyannamə qəbul olunmuşdur.

Qəbul olunmuş bəyannamədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Ermənistanı silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına çağırmışlar.  

növbəti xəbər əvvəlki xəbər