2012-08-16
Nazir Elmar Məmmədyarov “Iqtisadi artım sosial yönümlü və ekoloji cəhətdən davamlı ola bilərmi?” mövzusunda keçiriləcək “Zalsburq trilogiyası” Konfransında iştirak edəcəkdir

Cari ilin 17-19 avqust tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov “Iqtisadi artım sosial yönümlü və ekoloji cəhətdən davamlı ola bilərmi?” mövzusunda keçiriləcək “Zalsburq trilogiyası” Konfransında iştirak etmək üçün Avstriyanın Zalsburq şəhərinə səfər edəcəkdir. Səfər çərçivəsində Nazir Elmar Məmmədyarovun Avstriya rəsmiləri, digər ölkələrdən olan iştirakçılar ilə ikitərəfli görüşləri və eyni zamanda tədbirdə çıxışı nəzərdə tutulmuşdur.   

növbəti xəbər əvvəlki xəbər