2012-08-15
Məkkə şəhərinə səfər edən Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov səfər çərçivəsində Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Yerjan Kazikanov ilə də görüş keçirmişdir.

Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyasında iştirak etmək məqsədilə bu ölkənin Məkkə şəhərinə səfər edən Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov səfər çərçivəsində Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Yerjan Kazikanov ilə də görüş keçirmişdir.

Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edilmişdir.

Elmar Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti, eləcə də ölkəmizin Qoşulmama hərəkatı ilə əməkdaşlığı və fəaliyyəti barədə məlumat vermişdir.

Yerjan Kazikanov Azərbaycanın BMT TŞ-də müvəffəqiyyətli fəaliyyəti ilə əlaqədar Elmar Məmmədyarovu təbrik etmişdir.

Nazirlər görüşdə həmçinin, İslam Əməkdaşlıq Təşkilatının Məkkə Zirvə Görüşünün gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. 

növbəti xəbər əvvəlki xəbər