2012-08-15
Nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyasında iştirak etmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyasında iştirak etmişdir.

Zirvə Toplantısının sessiyası zamanı Suriya, Fələstin, Myanmar (Raxinya müsəlmanlarına qarşı zorakılıq) və Malidəki vəziyyət müzakirə edilmişdir. Sessiyanın sonunda Yekun Bəyannamənin və eyni zamanda Fələstin, Myanmar, Suriya və Mali ilə bağlı qətnamələrin qəbul edilməsi nəzərdə tutulmuşdur. 

  

növbəti xəbər əvvəlki xəbər