2012-08-13
Cari ilin 14-15 avqust tarixlərində Səudiyyə Ərəbistanı Krallığında İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyası keçiriləcəkdir.

Cari ilin 14-15 avqust tarixlərində Səudiyyə Ərəbistanı Krallığında İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyası keçiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sözügedən Zirvə Toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanı Kralı Abdulla bin Əbduləziz əl Səud tərəfindən dəvət edilmişdir.

Zirvə Toplantısında Azərbaycan Respublikası Xarici İşlər Naziri səviyyəsində təmsil olunacaqdır. Bu məqsədlə, Xarici İşlər Naziri Elmar Məmmədyarov 14-15 avqust tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərinə səfər edəcəkdir.

növbəti xəbər əvvəlki xəbər