2012-08-03
Misir Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş "seçkilərə" münasibət bildirmişdir

“Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş “seçkilərə” münasibət bildirərək, Misir çoxtərəfli çərçivədə, xüsusilə Qoşulmama Hərəkatının Şarm Əl-Şeyx yekun sənədində münaqişə ilə əlaqədar qəbul olunmuş qərar əsasında münaqişənin həllinə üstünlük verir və Minsk Qrupu həmsədr ölkələrini daha ciddi şəkildə səy göstərərək, münaqişənin sülh yolu ilə həqiqi həllinə çağırır”.  
 
“Xatırlatmaq istərdik ki, 2012-ci ilin 7-10 may tarixlərində Qoşulmama hərəkatının Misirin Şarm Əl-Şeyx şəhərində Xarici işlər nazirləri səviyyəsində keçirilmiş əlaqələndirmə iclasında qəbul olunmuş və “Şarm Əl-Şeyx Yekun Sənədi” adlanan sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət əsasında həll olunmasına çağıran bənd öz əksini tapmışdır.”

növbəti xəbər əvvəlki xəbər