2012-08-02
İran İslam Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş Nota

İran İslam Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş Notaya əsasən bildiririk ki, cari ilin avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar 05-31 avqust 2012-ci il tarixlərində Azərbaycan Respublikası vətəndaşlarına İran İslam Respublikasına səfər etmələri üçün viza rejimi tətbiq olunacaqdır.

Bu tarixdən sonra əvvəlki viza rejimi bərpa olunacaqdır.

növbəti xəbər əvvəlki xəbər