2017-08-14
No:216/17, Çex Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini tərəfindən qəbul edilib
14 avqust 2017-ci il tarixində ölkəmizdə səfərdə olan Çex Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Petr Qayduşek Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Nadir Hüseynov tərəfindən qəbul edilib.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə nəzər salınıb, əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər Azərbaycan və Çexiya qanunvericiliyi, xüsusən də diplomatik xidmət haqqında qanunun müddəaları ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin, dövlət qulluğu, habelə diplomatların təhsil və ixtisasartırma məsələləri, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları da müzakirə olunub.

növbəti xəbər əvvəlki xəbər