2017-02-20
No: 42/17, Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kuryaçiy Maksim Pavloviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə bu il Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyi vurğulandı və iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasından məmnunluq ifadə edildi.

Ukrayna Prezidenti Petro Poroşenkonun Azərbaycana son səfəri və hər iki ölkə başçısının beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edildi. Bildirildi ki, ölkələrimiz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Görüşdə həmçinin nəqliyyat, energetika, investisiya, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı, iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin rolu xüsusi qeyd edildi.

növbəti xəbər əvvəlki xəbər