2016-12-01
Perunun Azərbaycanda səfirlik açmaq niyyəti haqqında

Peru Respublikasının Xarici İşlər Nazirliyindən daxil olmuş notada həmin ölkənin siyasi-diplomatik, iqtisadi-ticarət, investisiya, mədəni və bir çox digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə yaxın zamanlarda iqamətgahı Bakı şəhərində olmaqla Azərbaycan Respublikasında səfirlik açmaq niyyəti ifadə olunub.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Peru Respublikasının bu qərarını alqışlayır və səfirliyin fəaliyyətinin iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafına töhfə verəcəyini bildirir.

növbəti xəbər əvvəlki xəbər