2016-10-31
Xarici işlər naziri cənab Elmar Məmmədyarov ABŞ Müdafiə nazirinin müavininin köməkçisi Maykl Karpenteri qəbul edib

Görüşdə iki ölkə arasında müdafiə, terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Maykl Karpenter ölkəsi tərəfindən Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyata, eləcə də bu ölkədə aparılan quruculuq işlərinə verdiyi töhfələrinin, ABŞ və digər müttəfiqlər üçün təmin etdiyi tranzit imkanlarının yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verərək, Ermənistanın münaqişənin həllinə mane olduğunu, destruktiv siyasət yürüdərək müxtəlif təxribatlara əl atdığını vurğuladı.

Səmimi şəraitdə keçən görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinin gələcək perspektivləri və regional məsələlər müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər