2016-10-07
Xarici işlər naziri Elmar Məmmədyarov İran xarici işlər nazirinin təhsil və araşdırmalar üzrə müavini Seyed Kazem Sajjadpuru qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikası xarici işlər nazirinin təhsil və araşdırmalar üzrə müavini Seyed Kazem Sajjadpuru qəbul edib.

Görüşdə Azərbaycan və İran arasında dostluq və tərəfdaşlıq prinsipləri əsasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulandı.

Seyed Kazem Sajjadpur Azərbaycana səfəri çərçivəsində ADA Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etdi.

İki ölkənin diplomatik təlim müəssisələri arasında əlaqələrin inkişafı, tələbə mübadiləsi və birgə seminar və konfransların keçirilməsinin vacibliyini vurğulandı.

növbəti xəbər əvvəlki xəbər