2016-10-05
Avropa İttifaqının Əfqanıstan üzrə konfransında iştirak etmək üçün Belçikada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov 5 oktyabr 2016-cı ildə Makedoniya Respublikasının xarici işlər naziri Nikola Poposki ilə görüşüb

Görüşdə nazirlər Azərbaycan və Makedoniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi apardılar. İki ölkə arasında enerji, nəqliyyat və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu vurğulandı.

Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdilər.

növbəti xəbər əvvəlki xəbər