2016-09-29
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədr müavini Mauro Marinonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədr müavini Mauro Marinonun rəhbərlik etdiyi senator və deputatlardan ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla İtaliya arasında əməkdaşlığın hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. 

Nazir Elmar Məmmədyarov 2019-cu ildə tamamlanması gözlənilən TAP layihəsinin iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə əminlik ifadə etdi və ölkəmizin İtaliya ilə enerji sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırdı.

Bakı Humanitar Forumunda iştirak üçün dəvətə görə nümayəndə heyəti adından təşəkkürünü ifadə edən Mauro Marino, sözügedən forumun fəaliyyətini yüksək qiymətləndirdi və müasir dünyanı narahat edən aktual məsələlərin müzakirəyə çıxarıldığını bildirdi.

növbəti xəbər əvvəlki xəbər