2016-09-28
Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycandakı səfiri Toylı Komekovu qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Türkmənistanın Azərbaycan Respublikasındakı səfiri Toylı Komekovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Səfir Toylı Komekov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb. 

Nazir Elmar Məmmədyarov səfir Toylı Komekova gələcək fəaliyyətində uğurlar arzu edib.

növbəti xəbər əvvəlki xəbər