2016-03-04
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.

Səfir Haydrun Tempel diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə etdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

növbəti xəbər əvvəlki xəbər