2015-12-16
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Tomas Mayr-Hartinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Nazir Elmar Məmmədyarov Azərbaycanın beynəlxalq və regional təşkilatlarla əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verdiyini bildirdi və bu kimi səfərlərin bir sıra məsələlərin, problem və perspektivlərin əhatəli müzakirəsi və qarşılıqlı anlaşma baxımından vacib olduğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı Federika Moqherinin gələn ilin əvvəlində Azərbaycana planlaşdırılan səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin sonrakı inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bir sıra aspektləri haqqında geniş fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər